Ərdoğandan İlham Əliyevlə bağlı açıqlama - BAKU TV
Ərdoğandan İlham Əliyevlə bağlı açıqlama - BAKU TV
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə bir günlük səfəri zamanı əsas mövzumuz Rusiya və Ukrayna oldu. O, həm də Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir. Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. İlham Əliyev Ukrayna müharibəsinin ən yaxşı təhlilçilərindən biridir. Onunla bu haqda çox açıq və aydın danışmaq imkanımız oldu.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Medai nümayəndələrinin Rusiya-Türkiyə münsaibətləri ilə bağlı sualına cavabı isə çox sadə olub: “Biz Rusiya ilə münasibətlərimizi kənara qoya bilmərik”.
R.T.Ərdoğan yalnız Amerika şirkətlərinin deyil, dünyanın bir çox markasının Rusiyanı tərk etdiyini deyib. Türkiyənin qapılarının bu şirkətlərə hər zaman açıq olduğunu vurğulayıb.
©2021 - 202