Ağasını dəyişən Ermənistan - BAKU TV
Regional və beynəlxalq təhlükəsizlik məsələlərini bəhanə edib bu dəfə Gürcüstana yan alan Ermənistan rəhbərliyinin satqınlığı və riyakarlığı artıq sönən ocağın tüstüsünə bənzəyir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın gürcüstanlı həmkarı David Zakaliani ilə baş tutan telefon danışığı Ermənistanın Rusiyanın təsiri altında olmadığını bir daha sübuta yetirdi. Bir sözlə, dünyanın siyasi arenasında baş verənlər Ermənistanı yenidən öz riyakar hiylələrinə əl atmağa sövq edir.
QHT sədri Müşviq Ələsgərli məsələ ilə bağlı qeyd edib ki, Rusiyanın vəziyyətinin çətinləşdiyi dövrdə Ermənistanın Qərbə üz tutması cəzasız qalmayacaq.
Bəs Paşinyanın “alovlanan” Qərb sevgisi niyə bu illər ərzində deyil, məhz hazırkı vaxtda oyandı? Analitiklər bunu Rusiyanın Ukraynada üzləşdiyi çətinliklər və hərbi qələbə əldə edə bilməməsi ilə əlaqələndirirlər.