Qərb Azərbaycandan yardım istəyir - BAKU TV

Qərb Azərbaycandan yardım istəyir - BAKU TV Ukrayna böhranı Avropa üçün daha bir problemə yol açıb. Rusiya ümumi anlaşma olmasa, nəql etdiyi qazı dayandıracağı barədə siqnallar verib. Avropa İttifaqı məhz bu səbəbdən əl-ayağa düşüb, alternativ qaz tədarükçüləri axtarır. Qurumun xarici işlər və təhlükəsizlik siyasət üzrə ali komissarı Josep Borrell bir müddət öncə verdiyi açıqlamada bildirib ki, Avropa ABŞ, Qətər və Azərbaycanla qazla bağlı danışıqlar aparılır. Avropada müşahidə olunan enerji böhranı fonunda Azərbaycan qazının tədarükünün Cənub Qaz Dəhlizi ilə artırılması gözlənilir. Azərbaycan qazının bu yolla Avropaya nəqlinə 31 dekabr 2020-ci il tarixində başlanılıb. Çoxtərəfli əməkdaşlıq formatını seçən rəsmi Bakının təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilir. Onu da qeyd edək ki, Azərbaycan yanacağını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri vasitəsilə İtaliya nəinki daxili tələbatı təmin edib, həm
Back to Top