Sülhməramlılar Qarabağdan çıxarıla bilər - BAKU TV

Sülhməramlılar Qarabağdan çıxarıla bilər - BAKU TV Ermənistanda fəaliyyət göstərən turizm şirkətlərindən biri fevralın 14-dən İrəvan-Xankəndi-İrəvan marşrutu üzrə səfərlərin təşkil olunacağı ilə bağlı məlumat yayıb. İnsanların diqqətini çəkmək üçün bu şirkətlə səfər edənlərə endirimli qiymətlər də təklif olunur. 10 noyabrda imzalanmış bəyanatın müddəalarına əsaslansaq, belə bir addımın atılması qeyri-qanunidir. Səfər edənlər sülhməramlıların nəzarət etdiyi ərazilərdən keçəcəyi üçün məsuliyyət də əlbəttə ki, onların üzərində olacaq. Ekspertlər düşünür ki, bu qanunsuz hərəkətlərin baş tutmasına sülhməramlıların davranışları da rəvac verir. Ermənilərin özbaşına hərəkətlərinə qarşı ciddi tədbir görülmür, cəzasızlıq mühiti onların əl-qolunu açır. Sülhməramlılar belə qanunsuz əməllərə göz yumsa, vəzifələrinin öhdəsindən layiqincə gələ bilməsələr, Qarabağı tərk etmək məcburiyyəti qarşısında qala bilərlər. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və Y
Back to Top