Ermənistanın xəyallarından xətt çəkən bəyannamə - BAKU TV
Ermənistanın xəyallarından xətt çəkən bəyannamə - BAKU TV
Martın 23-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyası Ermənistanın məkrli planlarını alt-üst etdi. Təcavüzkar ölkəyə qarşı birlik nümayiş etdirən təşkilat yekun bəyannaməsində Azərbaycanla bağlı qəbul edilən 4 qətnaməsi ilə Ermənistanın İslam dünyası ilə bağlı xəyallarının üzərindən birmənalı xətt çəkdi.
Eyni zamanda İslam dövlətləri bu sənədlərlə birmənalı olaraq Azərbaycan və Ermənistan arasındakı münaqişənin başa çatdığını bildirir, Ermənistanı özünün təcavüzkar ritorikasına və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə toxunan fəaliyyətlərinə son qoymağa çağırır.
Həmçinin yekun sənəddə İslam Əməkdaşlıq Təşkilatı ölkələri həmrəylik nümayiş etdirərək Azərbaycanın sülh üçün Ermənistana təklif etdiyi beş prinsipə dəstək verib, iki dövlət arasında münasibətlərin qurulmasında məhz sözügedən meyarların əsas təşkil etdiyini bəyan edib və Ermənistanı şərt qarşısında qoyub.
http
10 views
5
1
3 years ago 00:03:07 10
Ermənistanın xəyallarından xətt çəkən bəyannamə - BAKU TV