Erməni alimlər öz tapıntıları ilə yalanlarını ifşa etdilər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Erməni alimlər öz tapıntıları ilə yalanlarını ifşa etdilər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Rus akademikin erməni arvadına görə törətdiyi tarixi cinayət” adlı süjet hazırlanıb. Verilişdə İrəvan şəhərinin geniş tarixindən, bu qədim türk şəhərini ermənilərin necə “özününküləşdirməsi”ndən və erməni tarixçilərin İrəvanla bağlı etiraflarından bəhs olunur. Bildirilib ki, XVIII əsrdə İrəvan xanlığının, XIX əsrdə İrəvan quberniyasının mərkəzi və indi Ermənistan adlanan dövlətin paytaxtı olub: “Bu şəhər 1441-ci ildən, Cahan şah dövründə Qaraqoyunlu əmirləri buranı zəbt etdikdən sonra məşhurlaşıb. O dövrdən 1827-ci ilədək İrəvan gah farslar, gah da türklər tərəfindən zəbt olunub. Sonuncu İrəvan sərdarı da daxil olmaqla İrəvan şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və farslar tərəfindən 33 xan idarə edib. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, İrəvan şəhəri Azərbaycanın tərkibində Rusiyaya birləşdirilib”. Qeyd olunub ki, yalnız ilk dəfə 1918-ci ildən İrəvan erməni şəhəri kimi rəsmiləşib: “1918-ci il mayın 28-də elan edilən Azərbaycan Cümhuriyyəti hökumətinin İrəvanı ermənilərə güzəştə getməsi ilə bu şəhərin yeni erməni tarixi uydurulmağa başladı. Tezliklə şəhərin əski simasını dəyişdirən ermənilər nağılçıların köməyi ilə yeni saxta tarix uydurdular. Bu saxta tarixi hər daş, hər tapıntı ifşa edir. İrəvanın tarixi və araşdırması ilə məşğul olan erməni alimlər də öz tapıntıları ilə erməni yalanını ifşa edirlər”. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Erməni alimlər öz tapıntıları ilə yalanlarını ifşa etdilər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #qərbiazərbaycanxronikası #ermənialim #rusakademik #erməniyalanları #bakutv #trend #sonxeber #xeber #haber #news #azerbaycan #sondakika #новости #bakutvxeber #bakutvxəbərlər
Back to Top