Azərbaycan, Türkiyə və Pakistan birgə təlim keçəcək - Baku TV

Azərbaycan, Türkiyə və Pakistan birgə təlim keçəcək - Baku TV Bakıda ilk dəfə olaraq xüsusi təyinatlıların təlimləri başlayır. “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi sentyabrın 12-də baş tutacaq. Təlim Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçiriləcək. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. “Üç Qardaş - 2021“ beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir. Facebookda səhif
Back to Top