“Vətən ətirli övladlarınız bizə əmanətdir!”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni videoçarx Vətən müharibəsində şəhidik zirvəsinə ucalmış qəhrəmanlarımızın uşaqlarından bəhs edir. Uşaqların hər biri Vətənin bütövlüyü və xalqımızın möhtəşəm Zəfəri, doğma torpaqlarımızın azadlığına qovuşması uğrunda canından keçən bir igidin övladı olduğunu qürurla, iftixarla, onlara yaraşan məğrurluqla söyləyir. Videoçarx Vətən müharibəsi şəhidləri Ramid Hacıyev, Teymur Abbasov, Sədi Musayev və Rövşən Nurzadənin uşaqlarının timsalında bütün şəhidlərimizin Vətən ətirli övladlarının bizə əmanət olduğunu və onların daim diqqət və qayğı əhatəsində olacaqları mesajını çatdırır.
Back to Top