Azərbaycan pomidoru ilk dəfə Qətər supermarketlərində - Baku TV

Azərbaycan pomidoru ilk dəfə Qətər supermarketlərində - Baku TV Şəmkir istehsalı olan Azərbaycan pomidorları Qətərin əsas supermarket şəbəkələrində satışa çıxarılıb. Belə ki, dövlət başçısının tapşırığına əsasən Azərbaycanın Qətərdəki səfirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə “IM-EX Trading” şirkəti Azərbaycan məhsullarını Qətərə ixrac etməyə başlayıb. “IM-EX Trading” şirkətinin rəhbəri Turan Özbahceci bu layihə çərçivəsində yaxın zamanda meyvə-tərəvəz ixracı ilə yanaşı, Azərbaycan istehsalı olan quru qidaların da Qətər supermarketlərində satışının planlaşdırıldığını bildirib. Qətərdə çox ciddi çalışmaların aparıldığından danışan Özbahceci artıq şirkətin Qətərdə çalışan əməkdaşlarının iş başında olduğunu deyib. Bildirib ki, Qətərdəki bütün supermarketlərlə işlərə başlanılıb. Azərbaycanda istehsal edilən bütün məhsullarla bağlı işlər tam gücü ilə davam edir. Şirkət rəhbəri uzun müddətdir ki, Azərbaycan ətinin ixracı ilə bağlı da işlər aparıldığını deyib. “Yaxın vaxtlarda A
Back to Top