Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldıldı - Baku TV

Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldıldı - Baku TV Hacı Zeynalabdin Tağıyevin heykəli artıq qoyulacağı əraziyə, “İçərişəhər” metrostansiyasının qarşısına gətirilib və quraşdırma işləri aparılıb. Açılacağı tarix dəqiq bəlli olmasa da, hazırda ərazidə abadlıq işləri bitmək üzrədir. Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən açıq heykəltəraşlıq müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunan 26 əsər arasından Xanlar Əhmədovun işi qalib olub. Xatırladaq ki, Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Əməkdar artist Bəram Bağırzadə ölkə başçısından paytaxtda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması təklifi ilə çıxış etmişdi. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə
Back to Top