Ermənilər nədən ehtiyatlanır? - Baku TV
Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərində separatçıların “xarici işlər naziri” David Babayan ermənilərin Qarabağda qalmaq istəmədiyini açıq şəkildə etiraf edib.
O bildirib ki, burada yaşamağa davam etməliyik. Qarabağda həyat sadəcə yaşamaq deyil, xüsusi bir missiyadır. Ona görə də bunu sakit qəbul etməliyik, işimizə, xidmətimizə davam etməliyik. Əlbəttə, bu cəhdlər nəticə vermir, amma insanların ümidini, inancını gücləndirmək üçün hər şeyi etməliyik.
Bu sözləri “nazir” rusiyalı müxbirə müsahibəsi zamanı deyib və bununla təsdiqləyib ki, rus sülhməramlılarının arxasında gizlənən terrorçular ermənilərin köçünün qarşısını ala bilmir.
David Babayan bir neçə həftə öncə rus jurnalist Darya Aslamovaya müsahibəsində də əhalinin köçünün başlandığını etiraf etmişdi.
Erməni jurnalist Tsovinar Barxudaryan isə rus sülhməramlılarından danışarkən onlara bel bağlamaq olmaz deyib.
“İnsanlar bilmirlər ki, getsinlər, yoxsa qalsınlar. 4 il sonra