Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri ilə görüşüb - Baku TV

Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri ilə görüşüb - Baku TV Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Hikmət Hacıyev görüşlə bağlı özünün tviter səhifəsində məlumat paylaşıb. “Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və perspektivləri nəzərdən keçirdik”, - deyə Prezidentin köməkçisi qeyd edib. İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi də görüşlə bağlı tviter səhifəsində paylaşım edib. O, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnun olduğunu bildirib. “İkitərəfli əlaqələrimizin son inkişaflarını və ümumi maraq doğuran məsələləri müzakirə etdik”, - deyə səfir əlavə edib. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Back to Top