Ermənistan əhalisi ölkəni tərk edir - Baku TV

Ermənistan əhalisi ölkəni tərk edir - Baku TV Ermənistanda sosial vəziyyətin aşağı olması, işsizlik, üstəlik, kirayə evlərin qiymətlərinin yüksək olması insanları ölkəni tərk etməyə məcbur edib. Nəticə olaraq Ermənistanda əhalinin sayı azalır. Belə ki, Milli Statistika Xidmətinin məlumatına görə, yanvar-iyul aylarında əhali artımı 1 252 nəfər təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə azdır. Bu barədə Ermənistan mediası məlumat yayıb. Qeyd edilir ki, əgər hesabat məlumatları 2019 ilin yanvar-iyul göstəricisi ilə müqayisə olunsa, bu, 2,9 dəfə az rəqəm göstərəcək. Erməni mediası yazır ki, Ermənistanın daimi əhalisinin say dinamikasına ölkə sakinlərinin artan emiqrasiyası mənfi təsir edir. Bir fakta diqqət edək: 2018-2020 illərdə və cari ilin yanvar-iyun ayları ərzində 103,6 min nəfər Rusiya vətəndaşlığını qəbul edib. Onlardan 21,9 min insan bu ilin yanvar-iyun aylarında qonşu ölkənin vətəndaşlığını qəbul edib. Ötən il əsasən gənc ailələr daxil olmaqla 30,5 min erməni Rusiya vətənda
Back to Top