Paşinyan Zəngəzur dəhlizi ilə bağlı nə deyib?

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, hazırki hökumətin xarici siyasətinin əsas istiqamətlərindən biri qonşu ölkələrlə münasibətlərin normallaşdırılması olmalıdır. O, bu barədə Ermənistan parlamentinə 5 illik hökumət proqramını təqdim edərkən danışıb. Onun sözlərinə görə düşmənçiliyin dərinləşməsi regionda sabitliyi təhdid edir. Paşinyan regionda kommunikasiyaların açılması ilə Ermənistanın çoxillik blokadadan azad olmasına imkan yaranacağını bildirib. Ermənistanın baş naziri həmçinin deyib ki, bu işdə konkret nəticələrə çatmaq üçün Ermənistan, Azərbaycan və Rusiya baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli komissiyanın işini “fəallaşdırmaq” lazımdır. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: Twitter: Instagram: https://instagram.
Back to Top