Paşinyandan sülhlə bağlı açıqlama
Paşinyandan sülhlə bağlı açıqlama
“İyunun 1-də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, şad olaram”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Mayın 3-də parlamentdə Ermənistan fraksiyasından olan deputat Qeqam Manukyan Baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli görüşlə bağlı sual verib. Deputatın sualına cavab olaraq Nikol Paşinyan bildirib ki, onun artıq parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur. Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var.
“Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, amma siz istəmədiniz”, – deyə Baş nazir vurğulayıb.
Abunə ol:
*****
Paşinyandan sülhlə bağlı açıqlama
℗ 2022 - 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC
*****
Paşinyandan sülhlə bağlı açıqlama
#Paşinyan #sülh #açıqlama #Ermənistan #Azərbaycan