Ermənilər Gorus-Qafan yolundan əl üzdülər - Baku TV

Ermənilər Gorus-Qafan yolundan əl üzdülər - Baku TV Ermənistanın Baş naziri Nikol Paşinyan parlament iclasında Sovet xəritələrində Ermənistanın ərazisindən kənarda yerləşən 21 kilometrlik Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinin ermənilərin üzünə bağlanmasından danışıb. O bildirib ki, sözügedən yolda insident baş verib, lakin məsələnin həlli istiqamətində danışıqlar aparılır. Baş nazir həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı tanımayanlara sərt cavab verib. Bu sənədi imzaladığına görə onu qınayan müxalifətə üz tutan Paşinyan “məsuliyyət mənim boynumdadır” deyib. Qeyd edək ki, Ermənistan parlamenti hökumətin beş illik fəaliyyət proqramını qəbul edib. Proqramın lehinə 107 deputatdan 70-i səs verib. “Hayastan“ və “Şərəfim var“ müxalif fraksiyalar səsverməni boykot edib. Proqrama görə, Ermənistan hazırkı xarici siyasət kursunu davam etdirəcək. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş audit
Back to Top