Ukraynalı jurnalist Şuşadan reportaj hazırlayıb - Baku TV

Ukraynalı jurnalist Şuşadan reportaj hazırlayıb - Baku TV “İnter” telekanalının xüsusi müxbiri İrina Baqlay reportajını “Qarabağ dinc həyata qayıdır. Üstəlik, çılğın bir sürətlə” sözləri ilə başlayıb. Azərbaycanın mədəniyyət paytaxtında olan jurnalist ilk növbədə Şuşanın necə işğaldan azad olunmasından bəhs edib. “Şuşa... Xanlıq dövründə tikilən qala-şəhər. Bura həmişə strateji yer olub. Düşmən hücumlarından hər tərəfdən bu qayalar və sıx meşə ilə etibarlı şəkildə qorunurdu. Bu günə qədər də hesab olunur ki, Şuşanın sahibi bütün Qarabağın sahibidir”, - deyə jurnalist bildirib. Jurnalist reportajında Şuşanın alınmasında xüsusi əməliyyatdan bəhs edib: “Strateji baxımdan əhəmiyyətli olan ərazini geri qaytarmaq üçün misilsiz əməliyyat keçirilib. Artilleriyasız, yalnız yüngül silahlarla, yəni pulemyot, qumbara və bıçaqla həyata keçirilən bir neçə həftənin xüsusi əməliyyatı olub. Sərt qayaların zirvəsində bu çətin döyüş tapşırıqlarını həyata keçirən hərbçilər sanki illərdir bu əməliyyatı icra etmək üçün hazır
Back to Top