Rəsmi İrəvan Azərbaycan aviasiyası üçün hava məkanını açır? - Baku TV

Rəsmi İrəvan Azərbaycan aviasiyası üçün hava məkanını açır? - Baku TV Azərbaycan Gəncə-Naxçıvan reysini Ermənistan üzərindən həyata keçirib. Belə ki, son 30 ildə ilk dəfə olaraq sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsi ilə uçuş edib. Bu barədə “Vestnik Kavkaza” xəbər yayıb. Bildirilib ki, Türk Hava Yollarının “Boeing 737” təyyarəsi sentyabrın 4-də Gəncə-Naxçıvan reysini həyata keçirib. Uçuş müddəti 35 dəqiqə olub. “Flight Radar” saytının məlumatına görə, təyyarənin marşrutu Göyçə gölü və Ermənistanın Göyçə bölgəsi üzərindən keçib. Bu hadisə İrəvanın qisasçı bəyanatlarına baxmayaraq, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq perspektivinə müqavimət göstərə bilmədiyini göstərir. Bunu nəşrin baş analitiki Andrey Petrov bildirib. “Erməni siyasətçilərinin, xüsusən də müxalifətçilərin nə deməsindən asılı olmayaraq, Azərbaycanla normal münasibətləri qurmağın perspektivləri qarşıdurma istəklərindən daha güclüdür”, - deyə analitik şərh edib. Faktı “Azərbaycan Hava Yolları” da təsdiql
Back to Top