Gorus-Xankəndi yolunun marşrutu dəyişdirilir – Paşinyan - APA TV
#APATV #Ermənistan #Paşinyan #Gorus #Xankəndi #yol #marşrut #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #canlıyayım #apacanlı
Gorus-Xankəndi yolunun marşrutu dəyişdirilir – Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin martın 30-da keçirilən iclasında bildirib ki, Bakı ilə Xankəndidəki ermənilər arasındakı danışıqlarda beynəlxalq mexanizmlərdən və təmi¬natlardan istifadə olunması həddindən artıq vacibdir. O, Şuşa rayonu ərazisindəki yüksəkliklərin Azərbaycan ordusunun nəzarətinə keçdiyini deyib.
Paşinyan iddia edib ki, Qarabağda Ermənistanın ordusu yoxdur və əraziyə hərbi daşıma həyata keçirilmir. Erməni baş nazirin sözlərinə görə, Ermənistan Azərbaycan tərəfinə məlumat verib ki, razılaşmaya əsasən, Kornidzor körpüsündən sonra yol yalnız Ermənistan ərazisindən keçəcək və bu bölmədə Ermənistan sərhədinin müha¬fizəsini sərhəd qoşunları öz üzərinə götürəcək.
Paşinyan iddia edib ki, ermənilərin möv¬qelərində heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik sərhəd mühafizəsinin Ermənistan ordusundan sərhədçilərə verilməsidir. O bildirib ki, İrəvan eyni dəyişikliyi Azərbaycan tərəfinə də təklif edib. Erməni mediasında tirajlanan Laçın dəhlizin Azərbaycan ordusu tərəfindən bağlanması məlumatına da toxunan Paşinyan bildirib ki, Azərbay¬canla Qarabağda yaşayan erməniləri təmsil edənlər arasında əldə olunmuş razılığa əsasən, ötən ilin avqustunda Laçın dəhlizinin marşrutu dəyişdirilib və yeni yol istifadəyə verilib.
Sülh danışıqlarının da gündəmdə olduğunu bildirən Paşinyan qeyd edib ki, Ermənistan-Azərbaycan danışıqlar formatında konkret irəliləyiş olacaq.
Qeyd edək ki, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri ötən gün nəzarətə götürüb.
✅ Rəsmi saytımız:
✅ Rəsmi facebook səhifəmiz:
✅ Rəsmi instagram səhifəmiz:
✅ Rəsmi twitter səhifəmiz:
✅ Rəsmi teleqram səhifəmiz:
✅ Rəsmi youtube kanalımız:
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@