Möhtəşəm Zəfərə aparan şanlı 44 gün!

Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin başlanmasından bir il ötür. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əkshücum əməliyyatlarına başladı. 44 gün davam edən şanlı müharibə zamanı Azərbaycan işğalçı Ermənistanı döyüş meydanlarında darmadağın etdi, tarixi Qələbə qazandı!
Back to Top