Ermənistanda matəmə dönən müstəqillik günü - Baku TV

Ölkədə matəmə dönən müstəqillik günü - Baku TV Ermənistan müstəqilliyin 30-cu ildönümünü qeyd edir. Lakin ölkədə bayramdan çox qalmaqal və matəm ab-havası var. İlk növbədə, İkinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin valideynləri etiraz edirlər. Bildirirlər ki, artıq bir il ötsə də, onlara verilən cəsədlərin oğullarına aid olub-olmadığından əmin deyillər. Çünki DNT-nin cavabına güvənmirlər. “Bu dövlətdən nə desən gözləmək olar”, - deyə erməni valideynlər bildirib. Qeyd edək ki, erməni yüksək vəzifəli şəxslər müstəqilliyin 30-cu ildönümü münasibəti ilə Yerablur hərbi məzarlığını ziyarət ediblər. Bütün ermənilərin katolikosu II Qaregin hökumət nümayəndələri ilə birlikdə qəbiristanlığa gəlməyib. Bu da bir daha erməni kilsəsinin hakimiyyətin yanında olmadığını göstərir. Üstəlik, jurnalistləri qəbiristanlığa buraxmayıblar. Rəsmilərin ziyarəti zamanı ərazi qırmızı lent və polislə mühasirəyə alınıb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və ru
Back to Top