Türkiyə “Nemezis“ə cavab olaraq hava məkanını bağladı
Türkiyə “Nemezis“ə cavab olaraq hava məkanını bağladı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibə verib. Nazir Türkiyə-Ermənistan münasibətlərindən danışıb.
“Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Lakin Ermənistanda “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir. Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə heç səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağlamışıq. Lazım olsa, digər addımları da ata bilərik”, – deyə nazir bildirib.
O qeyd edib ki, Ermənistan Türkiyəni aldatmağa çalışmamalıdır.
Bildirək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyəyə səfər edəcək. Bu səbəbdən sədrin Türkiyənin hava məkanından istifadəsinə icazə verilib. Alen Simonyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak edəcək.
Mövlud Çavuşoğlu eyni zamanda Türkiyə, Rusiya və Ukraynanın “taxıl sazişi”nə də toxunub. O bildirib ki,Türkiyə sazişin müddətinin uzadılmasını arzu edir. Lakin Rusiyanın taxıl ixracı ilə bağlı problemləri var.
Nazir həm Türkiyə, həm də BMT-nin Ukrayna limanlarından taxılın dünya ölkələrinə daşınmasının davamı üçün səy göstərdiyini əlavə edib.
Abunə ol:
*****
Türkiyə “Nemezis“ə cavab olaraq hava məkanını bağladı
℗ 2022 - 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC
*****
Türkiyə “Nemezis“ə cavab olaraq hava məkanını bağladı
#Türkiyə #Rusiya #Ukrayna #MövludÇavuşoğlu #Nazir #Ermənistan #AlenSimonyan #Nemezis #NTV #havaməkanı #müsahibə #iclas #abidə #parlament #səfər #sədr