Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatı
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatı
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.
Müəyyən edilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.
Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.
Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.
Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
7 views
4
1
3 months ago 00:05:37 1
Xankəndidə faciə: serjant öz rəisini və başqa polisi güllələdi, ö’ldülər
3 months ago 00:24:49 1
Pusqu (Sənədli Film)
4 months ago 00:00:36 1
Türkiyənin 30 vilayətində anti-terror əməliyyatı keçirilib – APA TV
4 months ago 00:01:13 1
BMCMİ tərəfindən saxlanılan 12 nəfərdən 46 kiloqram narkotik vasitə aşkar edilib
4 months ago 00:05:07 1
“Polis idmançıları yaxından tanıyaq” adlı rubrikaya başlanılıb.
5 months ago 00:04:55 1
Elvin Nasir - Səni kim üzdü qadın? ft. Mirələm Musazadə
5 months ago 00:54:20 4
ФЕРГАНСКИЕ СОБЫТИЯ: Кто, как и зачем спровоцировал войну между узбеками и турками в июне 1989 году?
9 months ago 00:01:02 2
Elvin Cəfərquliyev “Neftçi” ilə görüşdən sonra azarkeşlə dava edib
10 months ago 00:01:43 13
Mehdi Hüseynzadə adına arena sentyabrda açıla bilər | CBC SPORT İNFO
12 months ago 00:12:04 1
Daxili İşlər Nazirliyi Əli Kərimliyə təşəkkür etdi. Afərin!
1 year ago 00:07:27 1
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatı
1 year ago 00:00:34 1
Gəncədə kafedə partlayış
1 year ago 00:00:52 2
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı DİN-nin əməkdaşları ağacəkmə aksiyası keçirib
1 year ago 00:05:22 7
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatı
1 year ago 00:00:56 1
Daxili İşlər Nazirliyi İranın daha bir casus şəbəkəsinə qarşı ə
1 year ago 00:02:17 4
Ukraynalı nazirin öldüyü ərazidən eksklüziv görüntülər - BAKU TV
1 year ago 00:06:46 1
Azərbaycanda türmədə olan avtoritetin oğlanları da HƏBS OLUNDU
2 years ago 00:00:53 15
İstanbulda partlayış törədən şəxs saxlanıldı - BAKU TV
2 years ago 00:12:03 9
Vətən müharibəsi və post-müharibə dövründə Daxili İşlər Nazirliyinin fəaliyyəti
2 years ago 03:00:08 1
: Daxili İşlər Nazirliyində xalqımıza qarşı namussuzluq edən kimlərdir?
2 years ago 00:04:55 15
Qaçırılan 17 yaşlı qızın aqibəti necə olacaq? - BAKU TV