Nardaranlılar tələblərini açıqladılar [2 deqiqe 43 saniye]

Bakının Nardaran kəndinə getmək üçün iki postu ötməlisən. Birində hüquq-mühafizə orqanlarıdı, o birində kənd camaatı. Hər kəs yoxlanılır, kəndə niyə getdiyinlə maraqlanırlar. Səbəb isə noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 15-dək şəxs, o cümlədən “Müsəlman birliyi” Hərəkatının başçısı Taleh Bağırzadə həbs edildiyinə görə kənd camaatının İmam Hüseyn meydanına toplaşaraq etiraz etməsidir.
Back to Top