UNUTMAQ İSTƏRƏM - Bəxtiyar Vahabzadə
#bextiyarvahabzade
Unutmaq istərəm!..
Özüm özümdən,
Bir daha ayrılıb haçalanmayım.
Gecələr yatıram bir fikirlə mən:
Səni düşünməyim, səni anmayım!..
Bu elə qayğı ki, bu elə qəm ki,
Azdırar yüz illik yolundan səni.
Səhər də, axşam da düşünürəm ki,
Gərək düşünməyim heç zaman səni.
Unudar fikirdə, xəyalda təkcə
Unutmaz ürəkdə sevən-sevəni.
Mən özüm-özümə unut dedikcə,
Özümü unudub tapıram səni...
Unudum - deyirəm, ancaq nə fayda!..
Yadımdan çıxmamış düşürsən yada.
Eşqimin odu
1 view
324
96
7 months ago 00:04:05 1
Bəxtiyar Vahabzadə : Nağıl-Həyat
7 months ago 00:05:32 1
Yaşıdlarım. Şeir: Bəxtiyar Vahabzadə Səs: Xalq artisti Eldost Bayram
7 months ago 00:03:23 1
Jivishov - Dünya Hey Fırlanır (Rəsmi Musiqi Videosu)