Helikopter qəzasından sağ çıxan hərbçilər AzTV-yə danışdı - BİRBAŞA BAĞLANTI

Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri 30 noyabr tarixində Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu, kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam Əlixan oğlu, kapitan Qaraisayev Teymur Ənvər oğlu, leytenant Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu və işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olublar. Polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov isə yaralanıblar. Xəsarət alan hərbçilərin Xidmətin hərbi hospitalında müalicəsi davam edir. Onların səhhəti barədə ətraflı məlumatı Azərbaycan Televiziyasının müxbiri Sədaqət Süleyman çatdırıb. Copyright © AZTV YouTube kanalına abunə
Back to Top