Vətən xainliyində günahlandırılanların yaxınları prezidentə üz tuturlar
“Mənim oğlumu, bax, bu oğlanın üstündə öldürüblər. İçəridə deyirmiş ki, allahınız olsun, adi “zapçast” satandır. Deyiblər ki, onun erməni olduğunu de. Ya öləcəksən, ya deyəcəksən ki, ermənidir”,- Validə Əhmədova əlindəki fotonu göstərib danışır.
Tərtər rayon sakini Validə Əhmədova keçən ilin mayında oğlunun ölüm xəbərini alır. Ailə sonradan xəbər tutur ki, oğlu 28 yaşlı Elçin Quliyevin adı vətən xaini ittihamı ilə suçlananlar sırasındadır.
2017-ci ilin mayında bir qrup hərbi qulluqçu və mülki şəxs düşmən kə