NAVALNINI KİM ÖLDÜRDÜ: QƏRB, YOXSA RUSİYA?

Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalnı dünən həbsxanada vəfat edib. Onun damarında qanın tromblaşması nəticəsində infarkt keçirdiyi deyilir. Ancaq bu informasiya hakimiyyət dairələri tərəfindən verildiyindən obyektivliyi bir çoxlarında şübhə doğurur. Eyni zamanda son illərin bir çox siyasi qətllərinin məhz ürək tutmaları şəklində baş verməsi də bu şübhəni artırır.
Back to Top