Azər Sani / Sınıq-sınıq

Musiqi: Etimad Əliyev ©️2021 Eşq əhlinin gərək ola qəlbi sınıq-sınıq. Dağlanmış ola cismi, libası cırıq-cırıq. Səs-küy salıb dolanmasın hər yerdə kubəku Ahəstə dolaşsın, səsi çıxsın qırıq-qırıq. Küllükdə, xərabatidə gəzsin veyil-veyil, Hər yanı edə şöləyi-ahı yanıq-yanıq. Məcnunu görmüşük gəzə dəşti qədəm-qədəm Qapqara, uzun saçları olsun buruq-buruq. Dərdi verir bu aşiqə gərdun, ləyən-ləyən, Dərmanı istəmir heç içirtsin qaşıq-qaşıq. Əvvəl yanır ürək qəmi-eşqə xımır-xımır, Ta şölələnincə sonra eyvah açıq-saçıq. Eşq aşiqi dilləndirər hər vaxt şirin-şirin. Aşiq aşıq olunca nanaylar qatıq-qatıq. Hicran gecəsi yatsa bir aşiq mışıl-mışıl, Əldən verəcək yarı, çün olmub ayıq-sayıq. Cismin əzaları gərək olsun qırıq-qırıq Təzyiqə uğrasın bədən olsun sarıq-sarıq. Çatdıqda kuyi-yarə sürünsün dizin-dizin, Çör-çop batıq-batıq ola dizlər, çapıq-çapıq. Ərşin mələkləri ona baxsın xısın-xısın, Göylər o səbəbdən dəxi olsun yarıq-yarıq. Azərdən aşiq olmaz bu yüklə ağır-ağır! Biz görmüşük eşq əhli olurlar arıq-arıq. #axundazersani #qezel Axund Azer Sani Qezel siniq siniq
Back to Top