Bir omrun qehremanliq tarixchesi | Gune Davam

Abone OL: Copyright © ARB Şəki Sayt: Facebook: Ehtiram Əhmədov 2001-ci ildə Zaqatalanın Suvagil kəndində anadan olub. Hələ məktəb illərindən Vətənə, Bayrağa olan sevgisi ilə seçilirdi. Vətən müharibəsi başlayanda Ehtiram Xüsusi Təyinatlı Qüvvələrin əsgəri idi. Elə ilk günlərdən müharibənin ağuşuna atılıb, mərdliklə vuruşsa da ailəsindən müharibədə olduğunu gizlədib. Vətən müharibəsində şücaətlə vuruşan Ehtiram Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə düşmənin kabusuna çevrilib. Oktyabrın 15-də Füzuli döyüşləri zaman ağır yaralanan qəhrəman hospitala çatdırılır. 24 gün komada qaldıqdan sonra sanki qələbə müjdəsini gözləyirmiş kimi, noyabrın 10-u Zəfər günündə şəhadətə yüksəlir... Qəhrəman şəhidimizin vəfatının ildönümündə doğulub boya-başa çatdığı və əbdiyyən uyuduğu Suvagil kəndində “Şəhidlər bulağı” istifadəyə verilib. Ehtiram Əhmədov döyüşlərdə göstərdiyi igidliyə görə, ölümündən sonra
Back to Top