Seyyid Peyman ft Seyyid Taleh - Cavan Dağı (Official Video)

Seyyid Peyman Boradigahi ft Seyyid Taleh Boradigahinin yeni ilahisi “Cavan Dağı“ YouTube’da yayında. Bütün musiqi platformalarından dinləyə bilərsiniz : Fizy : Tezlikle Spotify : Apple Music : Deezer : Muud :Tezlikle Amazon Music : Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ Söz : Rüfət Dahi Mus : Anonim Aranj: Fariborz Khatami Rejissor : Ravin Aliyev Sən ey səmada ki, Bəxtinin ulduzu sönənim Ey səssiz Allaha dönənim Dönənim Susdu dilim sən gedən gün bu cahandan Arxam,elim sən gedən gün bu cahandan Sındı belim sən gedən gün bu cahandan Nə dərdü-qəmli andı bu İlahi Çox ağır imtahandı bu İlahi Məzarə qardaşım qoyuldu ey vah Ürək yanır cavandı bu İlahi ----Nəqarət---- Ömrün əziz çağı məni Yıxdı cavan dağı məni Qəminnən aləmə Ah-naləm,fəryadım ucalıb Rəngim bax gör necə saralıb Saralıb Səndən qalan geriyə soyuq məzardır Bir iz salan qəlbimə bu ahuzardır Dünya yalan,dərd alıb,satan bazardır Tutub bütün yeri,göyü fəğanım Sənə mənim fəda ola bu canım Səni əlimlə mən qoyub məzarə Gözüm yaşın töküb dedim cavanım Facebook 👇 instagram 👇 Tiktok 👇 Twitter 👇 Telegram 👇 (tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri. Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar. #SeyyidTalehBoradigahi #SeyyidPeymanBoradigahi #CavanDagi Kanaldakı Videolar “WediaCorp Azərbaycan“ Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: “WediaCorp Azərbaycan“ Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Back to Top