Ramiz Rövşən-Son görüş (səs: Xəzər Süleymanlı )

#xezersuleymanli #ramizrovsen #eminsabitoglu şeir: Ramiz Rövşən səs: Xəzər Süleymanlı Fon musiqi: Ölsəm bağışla filmi , bəstəkar Emin sabitoğlu Bu vaxtsız sevginin əcəli yetdi Buydu qismətimiz ya tez ya da gec. Hərə öz dərdini apardı getdi Bəs niyə dərdimiz azalmadı heç... ? Dünya dağılmadı biz ayrılanda, Göylər biraz yağış çilədi ancaq... Mən sənə xoşbəxtlik dilədim onda, Sən mənə rahatlıq dilədin ancaq... Rahatlıq dilədin ev eşiyimə, körpəmin beşiyinə, Nəvəsi diziüstə çıxan atama - anama da. Bir vaxt səndən öncə rastıma çıxan, Səni məndən alan qadınıma da..
Back to Top