Məşədi İbad: “Dəli şeytan deyir buların ikisini də birdən al“

S ə n ə m: Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək? Qorxmayırsanmı ki, axırda gələ başa kələk. G ü l n a z: Sənə yüz yaşlı dul arvad yaraşar, ey dəyənək! Bir yerdə: Üzünü it də görərsə yalamaz, sən eləsən Məşədi İbad : Görürəm kim, mənə sən çox yetirirsən gözünü. Qorxuram kim, ki axırda itirəsən özünü. G ü l n a z: İstəyirsənmi, sözün mən deyərəm lap düzünü Bir yerdə: Sən kimi bir qocaya qız yaramaz, sən öləsən!
В начало