Azərbaycan HHQ nin aviasiya vasitələri təlim məşq uçuşlarını icra edir

Azərbaycan HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir. Uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir. Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur. ____ Авиационные средства ВВС Азербайджана выполняют учебно-тренировочные полеты В соответствии с планом подготовки на 2023 год, авиационные средства ВВС Азербайджана выполняют учебно-тренировочные полеты. Перед полетами военные летчики отрабатывают летные навыки на самых современных тренажерах, до сведения экипажа доводятся правила безопасности, после чего выполняются практические полеты. На тренировках, проводимых в целях совершенствования боевых навыков, полеты авиационных средств выполняются по установленным маршрутам. Задачи по взлету и посадке, сложному пилотажу и боевому маневрированию на различных высотах выполняются военными летчиками с высоким профессионализмом. ____ Azerbaijan Air Force aircraft carry out training flights In accordance with the training plan for 2023, Azerbaijan Air Force aircraft is conducting training flights. Before the flights, the military pilots practise flying skills in the most modern simulators, safety rules are delivered to the servicemen, and then practical flights are carried out. Aircraft flights are carried out on specified routes in exercises focused on improving combat skills. Tasks on take-off and landing, difficult pilotage at different altitudes and combat maneuvers are accomplished by military pilots with high professionalism.
Back to Top