Müdafiə naziri azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
Müdafiə naziri azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi cənab Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb.
Cənab M.Məmmədov Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bu işlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə edib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif edilib.
Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb.
Hərbi hissədə yaradılan şəraitlə maraqlanan müdafiə nazirinə məruzə edilib ki, burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, camaşırxana-qazanxana və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda şəxsi heyətlə birgə nahar edilib.
15 views
81
17
7 months ago 00:05:46 1
Müdafiə Nazirliyi brifinq keçirib
8 months ago 01:15:28 1
TƏCİLİ: Rus qoşunları İKİ ŞƏHƏRƏ GİRDİ, Zelenski ATƏŞƏ tutuldu - Tural Abbaslı ilə CANLIda
9 months ago 00:01:32 1
Kəlbəcər rayonunun Zəylik kəndindən videoreportaj
9 months ago 00:00:50 7
HHM bölmələrində döyüş atışları icra olunub
9 months ago 00:02:17 1
İlham Aliyev Doğum günü
9 months ago 00:02:46 15
Müdafiə naziri azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb