Azərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb
İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib.
Nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib və bu səfərin hərbi əməkdaşlığımıza öz töhfəsini verəcəyini əminliklə ifadə edib.
Nazir ölkə rəhbərləri arasında səmimi münasibətin hərbi əməkdaşlığın müsbət istiqamətdə inkişafına böyük təkan verdiyini vurğulayıb.
Azərbaycan ilə Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında dövlət başçılarının xüsusi rolunun olduğu diqqətə çatdırılıb.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsinin xalqımız üçün tarixi əhəmiyyətindən danışıb. Qarabağ iqtisadi rayonunda heç bir mülki əhaliyə və infrastruktura zərər vermədən keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini qeyd edib.
Müdafiə naziri çinli qonağı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti barədə məlumatlandırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən general-mayor Y.Qın hər iki ölkənin orduları arasında qarşılıqlı təcrübə mübadiləsi, eləcə də münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Çinli qonaq Azərbaycan Respublikasının müdafiə nazirini cari ilin sentyabr ayında Pekində keçiriləcək 11-ci Pekin Syanşan Forumuna dəvət edib.
Çinin Azərbaycan Ordusu ilə birlikdə regionda sülhün və sabitliyin təmin olunması üçün dəstək verməyə hər zaman hazır olduğu qeyd edilib.
Görüşdə, həmçinin Azərbaycan və Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.
3 views
2
0
8 months ago 00:34:56 1
MÜXALİFƏT KİMƏ LAZIMDIR?! İLK BƏLƏDİYYƏ SEÇKİLƏRİNİ AXCP VƏ MÜSAVAT HÖKUMƏTƏ SATDI
9 months ago 00:02:28 1
Mənim 2023-cü ilim
9 months ago 00:12:31 1
İlham Əliyev kimdir? - [BİOQRAFİYA]
9 months ago 00:02:17 1
İlham Aliyev Doğum günü
1 year ago 00:01:25 8
Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə şəhidlərimizin məzarlarını ziyarət edib
1 year ago 00:00:16 9
Мурад легенда делает сальто
1 year ago 00:00:58 1
“ TƏK QAPI “ / Bəhram Rəcəbzadə (AZE) vs Luis Tavares (NED) / RH İCMAL
1 year ago 00:13:54 6
Lahıc 3000 illik tarixi qəsəbə | İsmayıllı #lahic #ismayilli #trawel #guide #nature #old #art #vlog
1 year ago 00:02:20 8
Azərbaycan ilə Gürcüstan arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
2 years ago 00:01:28 1
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib
2 years ago 00:02:26 2
Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
2 years ago 00:00:58 5
Rusiya MN-in açıqlaması erməniləri qəzəbləndirdi - BAKU TV
2 years ago 00:02:01 4
Qardaş yumruğu təliminin şəxsi heyəti təltif olunub
2 years ago 00:01:19 7
Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
2 years ago 00:03:16 11
Rusiya sülhməramlıları Qarabağı tərk etməyə tələsir?
2 years ago 00:03:23 3
“Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri sülhə xələl gətirməyəcək”
2 years ago 00:05:40 17
“İran Azərbaycana bir güllə atdığı gün, öz sonuna imza atmış olacaq!“
2 years ago 00:02:47 3
Müdafiə naziri gənc zabitlərin təlim-məşq prosesi ilə tanış olub
2 years ago 00:01:29 10
Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
2 years ago 00:02:07 11
Ermənistanın keçmiş prezidentləri arasında qalqamal - BAKU TV
2 years ago 00:01:33 5
Xocavənd rayonu ərazisində yeni qərargah binası istifadəyə verilib
2 years ago 00:07:51 18
Xankəndinin bir addımlığında...
2 years ago 00:02:46 3
Qələbənin ilk müjdəçisi - Aprel döyüşləri - BAKU TV
2 years ago 00:03:16 12
Fərrux yüksəkliyi yenidən şanlı Azərbaycan bayrağına qovuşdu