Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub

Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb. Müdafiə naziri beretlərin təqdim edilmə mərasiminə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb. Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib. Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Back to Top