Ermənilər azadlıq meydanına axışır - Baku TV

Ermənilər azadlıq meydanına axışır - Baku TV Ermənistanda mitinqlər davam edir. Bu gün paytaxt İrəvanda növbəti aksiya başlayıb. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağdan Ermənistana üz tutanlar paytaxt İrəvanda hökumət binası qarşısına toplaşıblar. Onlara qaçqın statusunun verilməsini tələb edirlər. Etirazçılar problemlərinin həllini İrəvan yaxınlığında qaçqınlar üçün şəhərcik salmaqda görürlər. Etirazçı Aşot Arutyunyan bildirib ki, Qarabağ qaçqınlarının üç il müddətinə mənzillə təmin ediləcəyi vədi verilir. Lakin çətin vəziyyətdə olan bu insanların hazırda harada yaşamalı olduqları heç kimi düşündürmür. Qeyd edək ki, ötən gecə də müxalifətçilər İrəvanda Azadlıq meydanına toplaşaraq Baş nazir Nikol Paşinyanın və hökumətinin istefasını tələb ediblər. Müxalifət Baş nazirə qarşı milli müqavimət hərəkatı yaratmaq məqsədi ilə toplaşdığını bəyan edib. Aksiya iştirakçıları Paşinyanla yanaşı, erməni xalqının başına gələn bütün bəlalara görə rusları günahlandırıblar, ermənilərlə rusların heç d
Back to Top