Paşinyan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi - BAKU TV

Paşinyan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi - BAKU TV Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə və açılmasına dair yeni anlaşma əldə etməyə yaxındırlar. Paşinyan dəmir yolunun Ermənistan hissəsinin tikintisinə dair praktiki məsələlərin müzakirə edildiyini söyləyib. O bildirib ki, hazırda yolun layihələndirilməsi, tikintinin başlaması və maliyyələşdirilməsi məsələsi müzakirə olunur. Paşinyan əlavə edib ki, baş nazirin müşaviri Artaşes Tumanyanın başçılıq etdiyi mütəxəssislər qrupu artıq Arazdəyən və Mehridə olub, gələcək tikinti meydançalarına nəzər salıblar. Baş nazirin müavini Mqer Qriqoryan isə hökumətin iclasında məlumat verib ki, “Rusiya Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin operatoru olacaq. Xatırladaq ki, Ermənistanın dəmir yolları “Rusiya Dəmir Yolları”
Back to Top