Azərbaycanın Ermənistana qarşı planına nələr aiddir? | QAİ hərəkətə keçir
Azərbaycanın Ermənistana qarşı planına nələr aiddir? | QAİ hərəkətə keçir
İkinci Qarabağ müharibəsindən bu günə kimi Azərbaycan regionda tarixi ədaləti bərpa edə-edə gəlir. Lakin bölgədə maraqları toqquşan qüvvələr Ermənistan vasitəsilə Cənubi Qafqazın ehtiyacı olan sülh yolunun açılmasına mane olur.
Belə ki, xüsusilə Nikol Paşinyan hakimiyyətinə müxalif olan revanşist qüvvələr “qisas”, “intiqam”, “dənizdən-dənizə Ermənistan” və bu kimi şüarlarla insanların beyninə nifaq toxumu səpir, bir gün yenidən Qarabağa geri qayıdacaqlarına dair xam xəyallar qurmağa vadar edirlər.
Ekspertlərin sözlərinə görə, Azərbaycanın haqlı mübarizəsi hələ də davam etməkdədir. Çünki Ermənistan bütün dövrlərdə dövlət səviyyəsində etnik təmizləmə siyasəti aparıb. Son 100 ildə 3 milyondan artıq azərbaycanlı Ermənistan ərazisindən qovulub. Təkcə 1988-ci ildə 300 min soydaşımız Ermənistandan ən ağır şərtlərlə çıxardılıb. Onlar qovularkən bütün əmlakları əllərindən alınıb, mədəni-tarixi abidələr məhv edilib.
Qeyd olunan vəziyyətlər nəzərə alınaraq, Qərbi Azərbaycan Hökumətinin mühacirətdə yaradılması ətrafında müzakirələr güclənir. Bu addım Ermənistanın ərazi iddialarına qarşı cavab olaraq, beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə atıla bilər.
Beynəlxalq hüquqda mühacirətdə hökumətlərin yaradılması nümunələri mövcuddur və bu, təcavüzkar və ya işğalçı dövlətlərin qeyri-qanuni hərəkətlərinə qarşı bir vasitə kimi istifadə olunur.
Buna misal olaraq, Fransa Mühacirət Hökuməti (1940-1944), Polşa Mühacirət Hökuməti (1939-1990), Baltikyanı ölkələrin sürgündə olan hökumətləri (1940–1991), Tibet Mühacirət Hökumətini (1959-cu ildən günümüzədək) nümunə göstərmək olar.
Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib ki, Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir: “Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq”.
Bizi WhatsApp-da izləyin
ARZUNUN VAXTI ➧
QAPQARA ➧
AYDIN TARİX ➧
ORALARDA NECƏDİR? ➧
O VAXTLAR ➧
SONUNCU ŞAHİD ➧
BAKU ANALİTİK ➧
BAKU MED ➧
RƏSMİLƏR ➧
BAKU AKTUAL ➧
RETRO BAKU ➧
ARAŞDIRMA ➧
44 GÜN ƏSGƏR RƏŞADLA ➧
QARABAĞ XRONİKASI ➧
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧
Azərbaycanın Ermənistana qarşı planına nələr aiddir? | QAİ hərəkətə keçir
2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#bakutv #ermənistan #qai #qarabağmüharibəsi #paşinyan #nikolpaşinyan #pasinyan #qərbiazərbaycan #bakı #qarabağ