Rusiyalı ekspertdən gözlənilməz açıqlama - Baku TV
Rusiyalı ekspertdən gözlənilməz açıqlama - Baku TV
2020-ci ilin payızında Qarabağda gedən müharibə rəsmi Moskvanın Qafqazdakı ümumi mövqeyinin ciddi zəifləməsinə gətirib çıxardı.
Bu fikirləri Karnegi Moskva Mərkəzinin direktoru Dmitri Trenin erməni mətbuatına verdiyi müsahibədə bildirib. “Moskva əvvəlki kimi Qarabağ ətrafındakı situasiyanın inkişafında əsas xarici amildir, amma dominant deyil” deyərək, Dmitri Trenin qeyd edib.
Onun sözlərinə görə, son hadisələr fonunda Cənubi Qafqaz Moskvanın nüfuz dairəsindən çıxır və onun üçün Yaxın Şərqin subregionuna çevrilir. Ekspert hesab edir ki, Rusiyanın Cənubi Qafqazda həyati əhəmiyyətli maraqları yoxdur.
Trenin deyib ki, indiki və gələcək mərhələdə Rusiya üçün başlıca maraq Türkiyə kimi iri regional dövlətlə silahlı münaqişə vəziyyətində olmamaqdır.
Rusiyalı ekspertin fikrincə, Türkiyə regiondakı “kəmiyyətcə” iştirakını “keyfiyyətcə” iştiraka çevirdi. Rusiya isə ötən ilin noyabrında Qarabağa sülhməramlılarını yerləşdirməklə münaqişə regionundakı vasitəçi mövqe
4 views
7
2
3 years ago 00:02:07 4
Rusiyalı ekspertdən gözlənilməz açıqlama - Baku TV