Ermənistanda vəzifəni bölə bilməyən şəxslərin tərəfdarları qarşıdurma yaradıb

Ermənistanın Armavir bölgəsində keçirilən Ağsaqqallar Şurasının iclasında incident baş verib. “Həyat üçün ölkə” partiyasından olan namizədin tərəfdarları meriya qarşısında toplaşaraq içəri daxil olmaq istəyiblər. Bu zaman binanı mühasirəyə alan çoxsaylı polis əməkdaşları ilə etirazçılar arasında toqquşma yaranıb. Qarşıdurmaya səbəb isə “Həyat üçün ölkə” partiyasından və “David Minasyan” blokundan olan iki şəxsin özlərini eyni vaxtda yeni bələdiyyə sədri hesab etməsi olub. Yerli seçkilər nəticəsində ilk olaraq mer vəzifəsinə “Həyat üçün ölkə” partiyasının namizədi Volodya Qriqoryan irəli sürülüb və 10 səslə seçilib. Sonralar Ağsaqqallar Şurasının üzvləri 11 səslə, yəni 50%-dən çox səslə Minasyanı yeni mer olaraq seçiblər. Vəzifəni bölə bilməyən şəxsləri tərtəfdarları bir birlərini saxtakarlıqda ittiham edirlər. #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top