Qubadlı-Eyvazlı avtomobil yolu sürətlə tikilir

Qubadlı-Eyvazlı avtomobil yolunun 8 km-lik hissəsində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri artıq başa çatıb. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən və çətin relyefə malik ərazidən keçən avtomobil yolunun layihə eninin alınması üçün qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri davam etdirilir. Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlər zamanı yol genişləndirilərək profilə salınır və IV texniki dərəcəyə uyğun torpaq yatağı inşa edilir. Qeyd olunan işlərin icrası üçün tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib. “Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin yolun km-də 122.4 metr uzunluğa malik 4 aşırıımlı, yolun 21-ci km-də isə 66 metr uzunluğunda 2 aşırımlı avtomobil körpüsünün də inşası nəzərdə tikintisinin qısa
Back to Top