Ermənilər Xocalını Qazaxıstanda təkrarlamaq istəyirlər - Baku TV

Ermənilər Xocalını Qazaxıstanda təkrarlamaq istəyirlər - Baku TV Qazaxıstandakı hadisələr fonunda Ermənistan da öz “sülhməramlı”larını bu ölkəyə göndərib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibində Qazaxıstana ermənilərin də göndərilməsi sosial şəbəkələrdə bir sıra təcavüzkarlıq hallarına çağırışlarla müşayiət olunub. Görüntülərdən aydın olur ki, ermənilərin əksəriyyəti orada yeni soyqırımı törətmək imkanı, eləcə də Xocalı vəhşətini təkrarlamaq niyyətlərini ifadə ediblər. Bundan başqa, ermənilər qazaxların namusuna dil uzatmaqdan da çəkinməyiblər. Türk düşmənçiliyi ruhuna həkk olunan və bu ifrat düşmənçiliklə bəslənən mənfur xislətli ermənilər mövzu türk xalqları olanda bir andaca vəhşi simalarını ortaya qoyurlar. Sözügedən xisləti erməni “sülhməramlı”ları arasında da daşıyanların olması istisna edilə bilməz. Odur ki, Qazaxıstanda sözügedən kontingentin fəaliyyəti böyük risk daşıyır desək, yanılmarıq. ********************* Baku TV 2018-ci ilin fevral ayında xəbər kanalı kimi fəaliyyətə başlayıb.
Back to Top