Paşinyanın siyasəti ilə razılaşmayan müəllim şagirdlərə çağırış etdi - Baku TV
Paşinyanın siyasəti ilə razılaşmayan müəllim şagirdlərə çağırış etdi - Baku TV
Ermənistanda orta məktəb müəllimi Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunur. “Erməni tarix müəllimi Paşinyan öldürülsün, ailəsi yandırılsın” deyə şagirdlərə çağırış edib.
Müəllim barəsində cinayət işi qaldırılıb. İstintaq materiallarına görə, təqsirləndirilən şəxs İrəvanın 129 nömrəli məktəbinin tarix müəllimi Akop Qriqoryandır. Onun Baş nazirin siyasəti ilə razılaşmadığı və fərqli siyasi baxışlarının olduğu qeyd edilir.
Məlumata görə, Akop Qriqoryan 7-ci sinif şagirdlərinə dərs keçərkən bu çağırışı edib. Erməni müəllimə qarşı Cinayət Məcəlləsinin zorakılığa ictimai çağırış və zorakılığa ictimai bəraət və ya təbliğat maddələri ilə cinayət işi açılıb. Məhkəmə noyabrın 24-də keçiriləcək.
________________________________
Pulsuz Elanlar:
Website:
Bizi izləyin:
****
Bizi Sosial Şəbəkələrdə izləyin
Facebook:
4 views
54
17
2 years ago 00:02:57 2
Paşinyanın “qorşok“ siyasəti - BAKU TV
3 years ago 00:02:16 8
Qarabağdakı ermənilərdən təhlükəli addım - BAKU TV
3 years ago 00:00:49 4
Paşinyanın siyasəti ilə razılaşmayan müəllim şagirdlərə çağırış etdi - Baku TV