Səfir: “Azərbaycanın Ukraynada baş verənlərlə bağlı rəsmi mövqeyini gözləyirik”

“Bax elə indicə konfransa gəlirdim və hazırda sığınacaqda olan anama və zirzəmidə olan xanımıma zəng edirdim. Bəli, onlar hələ vuruşmur, amma lazım olanda, xanımım həkimdi, o da qoşulacaq”. Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy 24 fevralda ölkəsinə qarşı başladılan müharibə nəticəsində ikisi uşaq olmaqla 57 nəfərin həlak olduğunu, 177 nəfər yaralandığını bildirib. Səfir deyib ki, Putinə Donetsk və Luqansk Xalq Respublikaları kimi qondarma qurumlar lazım deyildi, ona bütün Ukrayna lazım idi. İndi də o, bu məqsədə çatmaq istəyir. Səfir bildirib ki, Azərbaycanın Ukraynada baş verənlərlə bağlı rəsmi mövqeyini gözləyirlər. “Azərbaycanın rəsmi şəxslərinin, o cümlədən ATƏT xətti ilə online konfranslarda iştirakı çərçivəsində XİN-nin saytında yayımlanan mövqeyi var. Hesab edirəm ki, Azərbaycan bizim strateji tərəfdaşımız kimi və hətta Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dostumuz kimi, bu mövqeyini prezident İlham Əliyev bu ilin 14 yanvar tarixində Ukraynaya səfəri çərçivəsində səsləndirib. Ən yü
Back to Top