Nəsrimizin ağsaqqalı (1970-ci il)

Film Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuşdur. Kinolentdə yazıçıya ilham vermiş doğma yurdu, dağlar, qayalar, coşub daşan çaylar, vadilər, dərələr, yollar, körpülər, kəndlər əks olunmuşdur. Fotoşəkillər bizi onun mənalı həyat yolu ilə tanış edir. Yazıçı iş otağında yaradıcılıq planlarından danışır. Görkəmli rus tənqidçisi Süleyman Rəhimovun Sovet ədəbiyyatında, habelə ictimai həyatımızda tutduğu mövqedən söhbət açır. Filmdə yazıçının Sovet və xarici ölkə xalqlarının dillərində nəşr olunmuş əsərləri nümayiş etdirilir. Bundan əlavə filmə “Mehman“ və “Su ərizəsi“ əsərləri əsasında çəkilmiş filmlərdən kadrlar da daxil edilmişdir.
Back to Top