Oqul ya qiz?

Oğul ya qız, fərqi nədir? Hər ikisi can meyvəsidir. Ata-ananın yenidən Bu dünyaya gəlməsidir. Ata kökdür, ana torpaq Oğul budaq, qızsa yarpaq. Dünya canlı xalıdır, bax, İnsan onun ilməsidir. Səni səndən alanı gör, Çalış hər gün balanı gör Bala Allah töhvəsidir. Oğul pirdir, qızsa sirdir, Oğul ürək, qız diləkdir. Oğul bu dünyanın məhəbbətidir Qız isə Allahın əmanətidir. Əzizinəm şirindir, Bala baldan şirindir. Vallah heç kim deyə bilməz, Oğul, ya qız şirindir. Biri yurda çıraqdı, Biri evə qonağdı. Oğulu qızdan ayırmaq Allah haqqı, günahdı. Göy ulduzsuz olmasın Çörək duzsuz olmasın. Oğulun öz yeri var Evlər qızsız olmasın. Oğul gəlsin ad gəlsin, Ya qız gəlsin, dad gəlsin Hansı gəlir gəlsin, fərqi nədi? Təki evə övlad gəlsin
Back to Top