Qara Qarayev “Qarabağ“la vidalaşdı

Qara Qarayev “Qarabağ“la vidalaşdı “Qarabağ”ın aparıcı üzvlərindən olan Qara Qarayev klubla vidalaşıb. 30 yaşlı futbolçu bu barədə şəxsi “İnstagram” hesabında paylaşım edib. Azərbaycan idmanı tarixindəki bütün uğurlarına görə “Qarabağ”a borclu olduğunu bildirən oyunçu karyerasında əməyi olan məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib. “Ayrılıqda sevginin bir hissəsidir” sözlərini ifadə edən Qara “Qarabağ” kollektivinin daim onun ürəyində qalacağını bildirib. Qeyd edək ki, yerli mətbuatda Qara Qarayevin karyerasını “Neftçi”də davam etdirəcəyi ilə bağlı iddialar var. “Ağ-qaralar”ın təcrübəli futbolçu ilə 2 illik müqavilə imzalayacağı bildirilir. Əlavə edək ki, “Qarabağ”ın yetirməsi olan yarımmüdafiəçi 2008-ci ildən əsas heyətdə çıxış edib. Bu müddət ərzində 398 matçda forma geyinən təcrübəli oyunçu 9 dəfə ölkə çempionatının qalibi olub. Abunə ol ☛ ❂❂❂❂❂ Qara Qarayev “Qarabağ“la vidalaşdı 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #QaraQarayev #Qarabağ #futbolçu #instagram #Neftçi #məşqçi #Ağqaralar #yarımmüdafiəçi #matç #ölkəçempionatı #trend #sondəqiqə #keşfet #sondeqiqe #sonxeberler #gündəm #sonxəbərlər
В начало