ŞƏHİD QADIN HƏRBİÇİNİN AİLƏSİNİN YAŞADIĞI EV QAZLAŞDIRILDI

Şəhid Arəstə Baxışovanın ailəsi Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır. Evlərində bu günədək təbii qazdan istifadə etməyiblər. Yalnız elektrik enerjisi ilə evi çətinliklə də olsa, isitməyə çalışıblar, lakin bu o qədər də yaxşı alınmaylb. Onlar “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməsə belə əməkdaşlarımız bundan xəbər tutaraq ailəyə baş çəkib. Razılıqlarını aldıqdan sonra fərdi yaşayış evində qazlaşma işlərinin aparılmasına başlanılıb.
Back to Top